Millimizin oyunçusu Rusiyanın məşhur klubuna keçdi

saytların hazırlanması

Evə çatdırılma

Millimizin oyunçusu Rusiyanın məşhur klubuna keçdi

İdman

16 Fevral 2022 16:20 1858


Azərbaycan millisinin iki oyunçusu klubunu dəyişib. 

Yenisabah.az Azərbaycan Futzal Federasiyasının rəsmi saytına istinadən xəbər verir ki, “Araz-Naxçıvan”dan ayrılan Amir Şojaei Qazaxıstanın “Bayterek” klubuna keçib. Futzalçının viza işləri artıq həllini tapıb və o, sabah yeni komanda yoldaşlarına qoşulacaq.

Avropa çempionatının final mərhələsində özünü yaxşı tərəfdən göstərən Rafael Vilela isə Rusiyanın “Tümen” klubu ilə anlaşıb. Hazırda Rusiya Superliqasına başçılıq edən bu komanda UEFA Çempionlar Liqasının “Dördlər finalı”nda da iştirakını davam etdirir. Hücumçu yeni klubu ilə müqaviləyə imza atıb və artıq o, “Tümen”in düşərgəsindədir. pizza mizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!