Millimizin rəqibinin heyətində ciddi itkilər var

saytların hazırlanması

Evə çatdırılma

Millimizin rəqibinin heyətində ciddi itkilər var

İdman

31 May 2022 09:52 895


Belarus millisi Millətlər Liqasının C Divizionunda Slovakiya, Azərbaycan və Qazaxıstanla keçiriləcək oyunlara ciddi itkilərlə çıxacaq. 

Yenisabah.az Belarus mətbuatına istinadən xəbər verir ki, bu barədə komandanın baş məşqçisi Georgi Kondratyev məlumat verib. Onun sözlərinə görə, ötənilki heyətdən 11 futbolçu yığmanın iyunda keçirəcəyi görüşlərində iştirak etməyəcək. Baş məşqçi bildirib ki, buna səbəb bəzilərinin zədə, bəzilərinin isə ailə məsələlərinə görə millinin düşərgəsinə gələ bilməməsidir: "Bir neçə oyunçunun isə ağır mövsümdən sonra istirahətə ehtiyacı var idi”.

Qeyd edək ki, Belarus millisi  yığmamızla iyunun 6-da Serbiyanın Novi Sad şəhərindəki “Karadjordje” stadionunda qarşılaşacaq. Komanda iyunun 13-də Bakıda yenidən millimizlə görüşəcək.  Toyuqlu pizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!