“Minimal itkilərlə razılaşma imzalamaq...” -   Erməni politoloq

saytların hazırlanması

Evə çatdırılma

“Minimal itkilərlə razılaşma imzalamaq...” - Erməni politoloq

Siyasət

11 Noyabr 2020 13:34 3271


“Hər şey əvvəlcədən hazır idi, hər şey çoxdan satılmışdı” tezisi kökündən yanlışdır”.

Yenisabah.az xəbər verir ki, bu barədə erməni politoloq Ancela Əlibəyova Azərbaycan, Rusiya prezidentləri və Ermənistan Baş nazirinin Qarabağda atəşin dayandırılması ilə bağlı birgə imzaladığı bəyanatı şərh edərkən bildirib.

Politoloq əlavə edib ki, danışıqların gedişində azərbaycanlılar üçün Meğridən dəhliz açılması və Şuşanın qaytarılması nəzərdə tutulmurdu. Marqarita pizza

 “Bundan əlavə, imzalanmış heç bir sənəd yox idi. Əgər varsa, buyurub göstərsinlər, iki ildir gözləyirik. Hətta Paşinyan deyir ki, bir il əvvəl real kompromisləri nəzərdə tutan daha uğurlu sənəd var idi. Onun sözlərinə görə, müharibənin ilk günlərində minimal itkilərlə razılaşma imzalamaq mümkün idi”, - deyə politoloq vurğulayıb.

Ancela Əlibəyovanın fikirləri Paşinyanın bəyanatı imzalamaq məcburiyyətində qaldığını göstərir. Onu bu məcbutiyyət qarşısında qoyan sözsüz ki, Azərbaycan Ordusunun uğurlu hərbi əməliyyatlarıdır.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!