Mir Cəfər Bağırov kinoda: 5 filmdən birində onu qayçılayıblar

saytların hazırlanması

Evə çatdırılma

Mir Cəfər Bağırov kinoda: 5 filmdən birində onu qayçılayıblar

Mədəniyyət

05 Aprel 2021 14:06 1865


Azərbaycan kinosunda Mir Cəfər Bağırov obrazı sayca elə də çox deyil. Bir zamanlar ölkə rəhbərliyində olmuş və keşməkeşli 1930-50-ci illərin rəmzinə çevrilmiş tarixi şəxs cəmi bir neçə filmdə əks olunub.

Yenisabah.az xəbər verir ki, Mir Cəfər Bağırovun canlandırıldığı ilk bədii film “Bakının işıqları”dır. Rejissor Aleksandr Zarxi və İosif Xeyfitslə birlikdə Rza Təhmasib də onun yaradıcısı sayılır.

1950-ci ildə çəkilən “Bakının işıqları”nın əsas personajları neftçilərdir, lakin filmdə bir neçə kadr İosif Stalinin Bakıya gəlişinə həsr olunub. Dəmir yol vağzalında “xalqlar atası”nı Lavrenti Beriya ilə birlikdə Bağırov qarşılayır. Pepperoni pizza

Sonrakı dialoqlardan məlum olur ki, 1943-cü ilin Tehran konfransına yollanan Stalin yolüstü Bakıda ayaq saxlayır. O, Mir Cəfər Bağırovla neft mədənlərinə baş çəkir, ömrünün ötən günlərini, xüsusən, qüssə ilə Bayıl həbsxanasını xatırlayır, Xəzər dənizinin qurudulması planlarından söz açır.

Həmin filmdə Mir Cəfər Bağırov obrazını Rza Təhmasib canlandırıb. Doğrudur, iddiaya görə, real şəxsin özü akytorun işindən narazı qalıb.

Çəkilişləri xüsusi nəzarət altında aparılan “Bakının işıqları” bəd aqibətlə qarşılaşıb. 1953-cü ildə Stalinin ölümü, Beriyanın həbsi və güllələnməsindən sonra film ciddi şəkildə qayçılanıb. Qısa versiyada şəxsiyyətə pərəstişlə mübarizə çərçivəsində Stalin, Beriya və Bağırovun əks olunduğu kadrlar senzuraya məruz qalıb.

Azərbaycan kinosuna Bağırov obrazının qayıdışı nə az, nə çox, düz 41 sonra baş verib. 1991-ci ildə çəkilən və Əliağa Vahidə həsr olunmuş “Qəzəlxan” filmində Mir Cəfər rolunu aktyor Fkrət Sultanov oynayıb.

2002-ci ildə çəkilmiş “Qeybdən gələn səs” bədii filmi repressiya qurbanı olmuş nakam şairimiz Mikayıl Müşfiqin həyatının son aylarından bəhs edir. Bu filmdə Mir Cəfər rolunu mərhum xalq artisti Əlabbas Qədirov canlandırıb.

“Tənha bülbülün rəqsi” (2003) məşhur rəqqasə Əminə Dilbazinin həyat hekayətidir. Bu filmdə Bağırov rolunda əməkdar artist Əfqan Bağırov çəkilib.

Nəhayət, 2007-ci ilin istehsalı olan “Cavid ömrü”ndə (rejissor Ramiz Həsənoğlu) xalq artisti Ramiz Novruz Mir Cəfər Bağırov rolunda çəkilib.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!