Mirəlioğlu Cəlaloğluna cavab vermədi

saytların hazırlanması

Evə çatdırılma

Mirəlioğlu Cəlaloğluna cavab vermədi

Siyasət

15 İyul 2024 15:30 703


Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlunun növbədənkənar parlament seçkiləri ilə bağlı verdiyi açıqlamalar müzakirələrə səbəb olub. 

Belə ki, siyasətçi bu dəfə parlamnetdə təmsil olunacaq partiyaların və konkret şəxslərin adlarını çəkib:

“Biri Klassik Xalq Cəbhəsi Partiyasının sədri Mirmahmud Mirəlioğludur. REAL partiyasından iki nəfər, Ağ Partiyadan da bir nəfərə deputatlıq verəcəklər. Müsavatdan da iki nəfər olacaq. İsa Qəmbərin namizəd olacağını düşünmürəm. Azərbaycanda söhbət şansdan getmir, hökumətə münasibətdən gedir...”  pizza sifarişi

Məsələ ilə bağlı Klassik Xalq Cəbhəsi Partiyasının sədri Mirmahmud Mirəlioğlu ilə əlaqə saxlamağa çalışsaq da, o S.Cəlaloğluna cavab verməkdən imtina edib: 

“Bu sualların cavabı hörmətli Sərdar bəydədir. Təşəkkürlər”. 

Qeyd edək ki, bir neçə gün öncə Mirmahmud Mirəlioğlu növbədənkənar parlament seçkilərində iştirak edəcəyini açıqlayıb. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!