Mirmahmud Mirəlioğlu rəsmən deputatlığa namizəd oldu

saytların hazırlanması

Evə çatdırılma

Mirmahmud Mirəlioğlu rəsmən deputatlığa namizəd oldu

Siyasət

02 Avqust 2024 14:24 841


Klassik Xalq Cəbhəsi Partiyasının sədri Mirmahmud Mirəlioğlunun deputatlığa namizədliyi qeydə alınıb. 

Yenisabah.az xəbər verir ki, Mirmahmud Mirəlioğlu 43 saylı Sumqayıt ikinci seçki dairəsindən deputatlığa namizəd olub. 

"İmzasını verən seçicilərimizə və imza toplayan seçki qərargahının bütün üzvlərinə, səlahiyyətli nümayəndələrə təşəkkür edirəm. Namizədliyimin qeydə alınması müddətində hər cür əmək sərf edənlərə, tərəfdarlara və əleyhdarlara minnətdaram", - M.Mirəlioğlu bildirib.  pizza hut

Xatırladaq ki, hakim Yeni Azərbaycan Partiyasının (YAP) 43 saylı Sumqayıt ikinci seçki dairəsindən namizədi 6-cı çağırış Milli Məclisin deputatı Tahir Mirkişilidir. 

Mirmahmud Mirəlioğlu 1995-2000-ci illərdə 2-ci çağırış Milli Məclisin deputatı olub. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!