Klassik Xalq Cəbhəsi Partiyasının (KXCP) sədri, sabiq deputat Mirmahmud Mirəlioğlunun 18 yaşında vəfat edən nəvəsi Müşfiq Fəttayev tələbə imiş.
“Yeni Sabah” xəbər verir ki, o, Bakı Dövlət Universitetinin (BDU) Beynəlxalq münasibətlər və iqtisadiyyat fakültəsinin “Beynəlxalq ticarət və logistika” ixtisası üzrə II kursda təhsil alırmış.
Qeyd edək ki, Mirmahmud Mirəlioğlunun nəvəsi Fəttayev Müşfiq Mirmehdi oğlu dekabrın 17-də vəfat edib. Onun meyiti şəhərin 30-cu məhəllə adlanan ərazisində aşkarlanıb. Pepperoni pizza
Müşfiq Fəttayevin ürəktutmadan öldüyü bildirilib.
Qeyd edək ki, M.Mirəlioğlunun oğulları Müşfiq və Mircəlil 1991, 2009-cu illərdə vəfat edib. 2012-ci ildə isə siyasətçinin qızı Mahirə dünyasını dəyişib.
Telegram kanalımız