Mirmahmud Mirəlioğlunun nəvəsinin ölümü ilə bağlı   RƏSMİ AÇIQLAMA

saytların hazırlanması

Evə çatdırılma

Mirmahmud Mirəlioğlunun nəvəsinin ölümü ilə bağlı RƏSMİ AÇIQLAMA

Hadisə

18 Dekabr 2025 14:22 1704


Sumqayıt Tibb Mərkəzi Klassik Xalq Cəbhəsi Partiyasının (KXCP) sədri, sabiq deputat Mirmahmud Mirəlioğlunun 18 yaşlı nəvəsi Müşfiq Fəttayevin ölümü ilə bağlı məlumat yayıb. 

“Yeni Sabah”ın xəbərinə görə, məlumatda deyilir: 

“Dekabrın 17-də saat 19:10 radələrində 2007-ci il təvəllüdlü şəxs (kişi) Sumqayıt Tibb Mərkəzinin nəzdində olan Təcili Tibbi Yardım Xəstəxanasına ailə üzvləri tərəfindən hospitalizasiya olunub. Həkim heyəti tərəfindən onun həkiməqədər ölüm faktı qeydə alınıb.   Dördpendirli pizza

Hadisə ilə bağlı müvafiq qurumlara məlumat verilib".

Qeyd edək ki, Mirmahmud Mirəlioğlunun nəvəsi Fəttayev Müşfiq Mirmehdi oğlu dekabrın 17-də vəfat edib. Onun meyiti şəhərin 30-cu məhəllə adlanan ərazisində aşkarlanıb.

Müşfiq Fəttayevin ürəktutmadan öldüyü bildirilib.

M.Mirəlioğlunun oğulları Müşfiq və Mircəlil 1991, 2009-cu illərdə vəfat edib. 2012-ci ildə isə siyasətçinin qızı Mahirə dünyasını dəyişib.

 Aytac Əliyeva


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!