Mirzoyan Türkiyə ilə bağlı nikbindir

saytların hazırlanması

Evə çatdırılma

Mirzoyan Türkiyə ilə bağlı nikbindir

Dünya

06 Dekabr 2024 14:43 487


Ermənistan Türkiyə ilə münasibətlərin tam normallaşmasına inanır.

Yenisabah.az xəbər verir ki, bunu Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan ATƏT Nazirlər Şurasının Maltada keçirilən iclasında bildirib.

Onun sözlərinə görə, İrəvan diplomatik münasibətlərin qurulmasına və sərhədlərin açılmasına ümid edir və bu, regional sabitlik və təhlükəsizliyə növbəti töhfə olacaq. Dördpendirli pizza

Nazir qeyd edib ki, Ermənistan tərəfi əməli addımlar atmağa davam edəcək, o cümlədən iki ölkə arasında körpünün tikintisi ilə bağlı texniki tələbləri birgə qiymətləndirəcək. Mirzoyan əmindir ki, razılaşmaların icrası regiona müsbət təsir göstərəcək.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!