Misir prezidenti ABŞ-yə səfərini ləğv etdi

saytların hazırlanması

Evə çatdırılma

Misir prezidenti ABŞ-yə səfərini ləğv etdi

Dünya

12 Fevral 2025 16:53 257


Misir prezidenti Əbdülfəttah əs-Sisi Trampın Qəzza planına görə ABŞ-a səfərini ləğv edib.

Yenisabah.az xəbər verir ki, buna səbəb Qahirə ilə Vaşinqton arasında fələstinlilərin Misir və İordaniyaya köçürülməsi planı ilə bağlı gərginlikdir.

Mənbələrin bildirdiyinə görə, Misirin siyasi rəhbərliyinə təqdim olunan hesabatda bu, Vaşinqtonla münasibətlərdə 30 ildən çox müddətdə ən ciddi gərginlik kimi səciyyələndirilib. Pepperoni pizza

Fevralın 18-nə planlaşdırılan səfərin təxirə salınmasının digər səbəbi də Tramp administrasiyasının yüksək rütbəli rəsmilərinin Misirin narazılığına reaksiyası, habelə ABŞ prezidentinin Sisini “general” adlandırmasıdır.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!