Mişustin qırğız vəzifədaşına: Rusiya şirkətlərini rahat buraxın!

saytların hazırlanması

Evə çatdırılma

Mişustin qırğız vəzifədaşına: Rusiya şirkətlərini rahat buraxın!

Dünya

31 Yanvar 2025 15:28 189


Rusiyanın baş naziri qırğızıstanlı vəzifədaşı Adılbek Kasıməliyevlə görüşündə Qırğızıstanın dövlət qurumlarının Rusiya şirkətlərinə qarşı təzyiqlərinə və əsassız iddialarına son qoyulmasını tələb edib.

Yenisabah.az xəbər verir ki, danışıqların əvvəlində Mixail Mişustin deyib: "Bizi ciddi narahat edən bir sıra məsələlər var. Bunlar Qırğızıstanın dövlət qurumlarının yüksək səviyyəli nümayəndələrinin Qırğızıstan iqtisadiyyatını inkişaf etdirən, yeni iş yerləri açan və şirkətlər sırasında yer alan vicdanlı və ən böyük vergi ödəyiciləri olan Rusiya şirkətləri ilə bağlı əsassız iddiaları və qanunsuz bəyanatlarıdır". 

Hökumət başçısı bildirib ki, “qanunsuz, bəzən hədə-qorxu ilə tələb olunan hərəkətlər faktları Rusiya Xarici İşlər Nazirliyinin diplomatik notasında öz əksini tapıb. “Biz Qırğızıstan rəhbərliyindən şirkətlərimizə qarşı inzibati təzyiqləri dayandırmağı və rusiyalı investorların hüquq və qanuni maraqlarının müdafiəsini təmin etməyi xahiş edirik”. Toyuqlu pizza

Qırğızıstanın yeni baş naziri bu vəziyyəti araşdıracağına söz verib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!