Mixail Saakaşvilinin həbsxanadan azad olunması üçün şərtlər açıqlanıb

saytların hazırlanması

Evə çatdırılma

Mixail Saakaşvilinin həbsxanadan azad olunması üçün şərtlər açıqlanıb

Dünya

02 Oktyabr 2021 08:40 5333


Gürcüstanın keçmiş prezidenti Mixeil Saakaşvilini ölkənin hazırkı lideri tərəfindən əfv edilməsi və ya ekstradisiya yolu ilə azad etmək olar.

“Report” Gürcüstan mətbuatına istinadən xəbər verir ki, bu barədə Saakaşvilinin vəkili Beka Basilaya bildirib.

O, Gürcüstan prezidenti Salome Zurabişvilinin Saakaşvilini əfv etməyəcəyinə dair bəyanatını xatırladıb, lakin qeyd edib ki, sabah vəziyyət dəyişə bilər. pizza hut

Vəkilin sözlərinə görə, Gürcüstanın sabiq prezidentinin taleyi siyasi iradədən asılıdır".

Beka Basilaya hesab edir ki, Gürcüstanda bu gün keçiriləcək yerli özünüidarəetmə orqanlarına seçkilərin nəticələri ölkə prezidentinin qəti qərarına təsir edəcək.

Saakaşvilinin Ukraynaya ekstradisiyası haqqında danışan vəkil vurğulayıb ki, bu prosedur uzun vaxt aparır. Bundan başqa, Ukrayna hakimiyyəti hələ Gürcüstana bununla bağlı müvafiq sorğunu göndərməyib.

Mixeil Saakaşvili dünən Gürcüstanda həbs edilib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
  • Vuqar
    Buda senin demokratik Gurcustan!???? Her kes bilmelidiki Dunyada her sey guce ve maddiyyata baglanir!
    5 years ago