Model sevgilisini döyən Ziyanın şirkətinə də cinayət işi açıldı

saytların hazırlanması

Evə çatdırılma

Model sevgilisini döyən Ziyanın şirkətinə də cinayət işi açıldı

Hadisə

11 İyun 2023 17:57 2523


Model sevgilisi Razi Əliyevaya qarşı zorakılıqda ittiham olunaraq barəsində həbs qətimkan tədbiri seçilən Ziya Hüseynzadə apellyasiya şikayəti verib.

Yenisabah.az xəbər verir ki, şikayətə sabah Bakı Apellyasiya Məhkəməsində baxılacaq.

Ziya Hüseynzadə ilk olaraq Razi Əliyevanın şikayəti əsasında tutulsa da, sonradan ona qarşı əlavə ittihamlar irəli sürülüb. Ona əzabvermə, xuliqanlıq, oğurluq, əmlakı məhv etmə və başqa maddələrlə cinayət işi başlanılıb. Dördpendirli pizza

Təqsirləndirilən şəxs ittihamları qəbul etmir, haqqında deyilənləri qarayaxma kampaniyası adlandırır.

Bundan əlavə, bu hadisə barədə məlumat yayılmazdan bir müddət əvvəl Ziya Hüseynzadənin rəhbərlik etdiyi “PKF Audit Azerbaijan” MMC ilə bağlı bağlı cinayət işi açılıb. Şirkətin Avropa Yenidənqurma və İnkişaf Bankının Azərbaycandakı nümayəndəliyinə saxta sənədlər təqdim edərək külli miqdarda kredit götürdüyü iddia olunur./Konkret.az


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!