Modriç Ronaldo ilə eyni klubda oynamaq istəmədi

saytların hazırlanması

Evə çatdırılma

Modriç Ronaldo ilə eyni klubda oynamaq istəmədi

İdman

25 Yanvar 2023 15:53 785


"Real"ın futbolçusu Luka Modriç bu yaxınlarda ulduz futbolçu Ronaldonu heyətinə qatan Səudiyyə Ərəbistanının "Əl-Nəsr" klubundan gələn transfer təklifini rədd edib. 

Yenisabah.az xəbər verir ki, klubun 37 yaşlı yarımmüdafiəçiyə ildə 40 milyon avrodan çox maaş ödəməyə hazır olduğu bildirilirdi. 

Xorvatiyalı futbolçu təklifə görə "Əl-Nəsr"ə təşəkkür edib. Lakin o, sözügedən kluba keçməkdən imtina edib. Modriç karyerasını "Real"da başa vurmaq istəyir. Onun Madrid klubu ilə müqaviləsi bu mövsümün sonuna qədərdir və Modriç müqaviləni daha bir il uzatmaq niyyətindədir.  Dördpendirli pizza

Qeyd edək ki, Modriç bu mövsüm La Liqada 16 oyunda 3 qol vurub və 2 qolun ötürməsini verib. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!