Moldova XİN başçısından İranın Naxçıvana dron hücumu ilə bağlı açıqlama

saytların hazırlanması

Evə çatdırılma

Moldova XİN başçısından İranın Naxçıvana dron hücumu ilə bağlı açıqlama

Siyasət

06 Mart 2026 11:31 340


Moldova Baş nazirinin müavini, xarici işlər naziri Mixay Popşoi İranın Azərbaycanın Naxçıvan Muxtar Respublikasına dron hücumunu pisləyib.  

“Yeni Sabah” xəbər verir ki, o, bu barədə martın 6-da Bakıda Azərbaycan Prezidenti İlham Əliyevin qəbulunda olarkən danışıb.

Mixay Popşoi İranın pilotsuz uçuş aparatları ilə Azərbaycana qarşı törətdiyi hücumları Moldovanın qətiyyətlə qınadığını deyib, bu məsələdə ölkəmizlə həmrəy olduqlarını vurğulayıb. O, hücum zamanı xəsarət alanların tezliklə sağalmasını arzulayıb. Toyuqlu pizza

Xalqlarımız arasında dostluq münasibətlərinin mövcud olmasını məmnunluqla qeyd edən qonaq deyib ki, Moldovanın çətin günlərində Azərbaycanın dəstəyini həmişə xatırlayırlar və bunu yüksək qiymətləndirirlər.

Prezident İlham Əliyev nümayiş olunan mövqeyə görə təşəkkür edib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!