Moped sürən qızın ölümü araşdırılır

saytların hazırlanması

Evə çatdırılma

Moped sürən qızın ölümü araşdırılır

Hadisə

01 May 2023 10:04 811


Bakıda mopedli qız yol qəzası nəticəsində vəfat edib.

Yenisabah.az Qafqazinfo-ya istinadən xəbər verir ki, gecə saat 02 radələrində Xətai rayonunun Zığ yolu küçəsində 2002-ci il təvəllüdlü Eliza Həsənovanın idarə etdiyi moped naməlum şəraitdə qəzaya uğrayaraq aşıb.

Nəticədə 21 yaşlı qız yıxılaraq qapalı kəllə-beyin travması alıb. O, 2 saylı şəhər kliniki xəstəxanasında vəfat edib. Pepperoni pizza

Faktla bağlı Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə cinayət işi açılıb.

Meyit müayinə olunması üçün Səhiyyə Nazirliyinin MTE və PA ETT Birliyinin Xətai rayon şöbəsinə göndərilib.

Hadisənin hansı şəraitdə baş verməsi araşdırılır.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!