Rusiya Federasiyasında son gün ərzində COVID-19 xəstələrinin 697 ölümü qeydə alınıb.
Yenisabah.az “RİA Novosti”yə istinadla xəbər verir ki, bu barədə Koronavirus infeksiyasının yayılması ilə mübarizə üzrə Əməliyyat Qərargahı məlumat yayıb.
Beləliklə, bütün pandemiya dövründə ölənlərin sayı 137.262 nəfərə çatıb. Dördpendirli pizza
Ən çox qeydə alınan ölüm hallarının statistikasında Rusiya paytaxtı yenə də birinci yerdədir –116. Sankt-Peterburqda – 110, Nijni Novqorod bölgəsində – 26 ölüm.
Son gündə 1,7 mindən çox koronavirus xəstəsi Moskva xəstəxanalarına yerləşdirilib, 734 nəfər süni nəfəsalma aparatına qoşulub. Ümumən Rusiya paytaxtında 7446 yeni yoluxma qeydə alınıb.
Rusiyada COVID-19 xəstələrinin sayı son gündə 24.439 artaraq 5.585.799 nəfərə çatıb.
Telegram kanalımız