Moskva və Bütün Rusiyanın patriarxı Kirillin vasitəçiliyi ilə Moskvadakı Danilov monastırında Qafqazın 2 ruhani lideri arasında görüş keçirilir.
Yenisabah.az "RIA Novosti"yə istinadla xəbər verir ki, bütün ermənilərin katolikosu II Qaregin və Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri şeyxülislam Allahşükür Paşazadə üçtərəfli görüşdə patriarx bildirib:
"Buraya Dağlıq Qarabağdakı uzunmüddətli münaqişə problemini müzakirə etmək üçün toplaşmışıq. Ümidvaram ki, siz və mən xalqlarımızın ən çox ehtiyac duyduğu sözləri tapacağıq. İnanıram ki, ruhani liderlərin nüfuzu Azərbaycan və Ermənistanın insanların şüuruna faydalı təsir göstərə biləcək, bugünkü görüşün həqiqəti və sizin aranızda olan söhbət hər kəs üçün bir nümunə olacaq". Toyuqlu pizza
Patriarx Kirillin sözlərinə görə, dini zorakılığa, qəddarlığa və qan tökülməsinə haqq qazandıran insanlar var:
"Dini müharibə ilə əlaqələndirmək cəhdlərinə birmənalı şəkildə birgə cavab verməyə çağırılçışıq. Dini müharibələr bəşəriyyətin dini tarixində dəhşətli günah səhifəsidir. Bu əsrdə "din" və "müharibə" anlayışlarının birləşməsinin qarşısını almaq üçün hər şeyi etməliyik".
O, həmçinin diqqəti gənc nəsil üçün ortaq məsuliyyətə cəlb edib.
"Qoy Tanrı zəhmətimizə xeyir-dua versin və qarşılıqlı anlaşma tapmağımıza kömək etsin ki, bu da hər ikiniz üçün yaxın, əziz, doğma qədim Qafqaz torpaqlarında davamlı və daimi bir sülhün əldə olunmasına töhfə verəcək", - deyə Patriarx Kirill nitqini yekunlaşdırıb.
Telegram kanalımız