Moskvada dəhşətli hadisə: Kişi qadını avtobusun altına atdı

saytların hazırlanması

Evə çatdırılma

Moskvada dəhşətli hadisə: Kişi qadını avtobusun altına atdı

Hadisə

11 Oktyabr 2021 07:20 1578


Moskvada dəhşətli qətl hadisəsi kameraların obyektivinə düşüb. Hadisə Kiyevski dəmiryol stansiyasında baş verib.

Ətrafdakı təhlükəsizlik kameralarına düşən görüntülərdən aydın olur ki, bir kişi mübahisə etdiyi qadını elektrik avtobusunun təkərlərinin altına atır.

Qadın aldığı travmalardan hadisə yerində ölüb. Toyuqlu pizza

Hadisənin şəxsi münaqişə səbəbindən baş verdiyi bildirilib. Görüntülərdən aydın olur ki, kişi qadını təpikləməyə başlayıb və onu sərt şəkildə itələyib. Başı asfalta dəyən və yoldan keçən avtobusun altına düşən qız aldığı xəsarətlərdən dünyasını dəyişib.

Dəhşətli hadisənin səbəbkarı artıq hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb. Faktla bağlı cinayət işi başlanıb. /Oxu.az


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!