Rusiyada koronavirus tüğyan etdi - Dəhşətli statistika

saytların hazırlanması

Evə çatdırılma

Rusiyada koronavirus tüğyan etdi - Dəhşətli statistika

Dünya

09 İyul 2021 14:12 982


Son gün ərzində Rusiya Federasiyasında COVID-19-dan 726 ölüm baş verib.

Yenisabah.az xəbər verir ki, bu barədə Koronavirusun yayılması ilə mübarizə üzrə Əməliyyat Qərargahı məlumat yayıb.

Pandemiya başlayandan bəri rusiyada koronavirusdan ümumən 141.501 ölüm qeydə alınıb. Sezar pizza

Sankt-Peterburq (107) və Moskva (102) bu statistikada liderdir.

Koronavirusa yoluxmada da bu iki şəhər ilk sıradadır: Moskva – 6.643, Moskva vilayəti – 2.545, Sankt-Peterburq – 1.951.

Koronavirusun yayılması ilə mübarizə üzrə Əməliyyat Qərargahının məlumatına görə, Rusiyada yanvarın 2-dən bu yana (26.301) ən çox yeni koronavirusa yoluxma qeydə alınıb – 25.766.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!