Moskvada səfirliyə hücum: Polis bədəməlləri saxladı

saytların hazırlanması

Evə çatdırılma

Moskvada səfirliyə hücum: Polis bədəməlləri saxladı

Dünya

28 Noyabr 2024 14:16 542


İsveçin Moskvadakı səfirliyinə basqın olub.

Yenisabah.az xəbər verir ki, bu barədə SHOT "Telegram" kanalı məlumat yayıb.

Bu gün səhər saat 7 radələrində bir dəstə gənc əllərindəki butulkalarla Mosfilmovskaya küçəsində yerləşən səfirliyin binasına yaxınlaşıb. Onlar şüşələri diplomatik missiyaya atıb, bundan sonra sakitcə ərazini tərk etməyə çalışıblar, lakin polis bədəməlləri yerindəcə saxlayıb. Pepperoni pizza

Həbs zamanı uşaqlardan biri səfirliyin gözətçi kabinəsini rəngləməyə başlayıb.

Vandallar saxlanılarkən polisin suallarına cavab verməkdən imtina ediblər. Hazırda onlar dindirilir. Diplomatik nümayəndəlik binasına atılan boya hazırda təmizlənir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!