Moskvadan 200 əcnəbi qovulub - Mer açıqladı

saytların hazırlanması

Evə çatdırılma

Moskvadan 200 əcnəbi qovulub - Mer açıqladı

Dünya

28 Avqust 2021 12:13 997


"MDB ölkələrindən 200-ə yaxın miqrant asayişi pozduğuna görə Moskvadan deportasiya edilib.

Yenisabah.az xəbər verir ki, bunu Moskva meri Sergey Sobyanin şəxsi bloqunda yazıb.

Onun sözlərinə görə, 17.500 nəfərin ölkəyə girişi qadağan edilib. pizza

"Son vaxtlar bir neçə ciddi qanun pozuntusu, kütləvi davalar olub. Bu nəticə verməyəcək. Belə qonaqlardan məmnun deyilik. Buna görə də polis son aylarda sərt basqınlar həyata keçirib. 800 cinayət işi açılıb, təxminən 200 nəfər deportasiya edilib, 17,5 minə ölkəyə giriş qadağan olunub", - deyə Sobyanin yazıb.

Eyni zamanda, paytaxtın bələdiyyə sədri qeyd edib ki, MDB ölkələrindən yüz minlərlə miqrant ənənəvi olaraq işə düzəlmək üçün Moskvaya gəlir və əksəriyyəti qanuna itaətkar davranırlar.

"Bəzilərinə bu həddindən artıq görünə bilər. Ancaq belə də qalacaq. Moskva qonaqpərvər bir şəhərdir".


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!