Moskvanın “B planı”: Paşinyan qırmızı xətti keçsə...

saytların hazırlanması

Evə çatdırılma

Moskvanın “B planı”: Paşinyan qırmızı xətti keçsə...

Siyasət

23 Avqust 2024 21:37 1465


Anti-Rusiya mövqeli Qurgen Arsenyanın Ermənistanın Rusiya səfiri təyin edilməsi Baş nazir Nikol Paşinyanın Moskvaya qarşı növbəti şantajıdır.

Yenisabah.az Teleqraf.com-a istinadən xəbər verir ki, bunu erməni politoloq Eduard Sarıbekyan deyib.

“Əslində, Arsenyan “şanslıdır”, çünki Ermənistan-Rusiya münasibətlərini daha da pisləşdirmək üçün heç bir işi qalmayıb. Durum keçmiş səfir Vaqarşak Arutyunyandan sonra ən aşağı səviyyədədir. Rusiyanın o təyinatı qəbul etməsinə gəlincə, böyük həvəslə razılaşdqlarını düşünmürəm. Çox güman ki, bu, Paşinyan tərəfindən Rusiya hakimiyyətini şantaj etməkdir ki, siz bizim səfirliyə namizədimizi qəbul etməsəniz, biz də sizin diplomatlarınızdan heç birini qəbul etməyəcəyik. pizza

Ciddi regional gərginliyin olduğu, Gürcüstanda böyük hadisələrin yaşandığı, Ermənistanda Qərbin təsirinin artdığı, İran-İsrail münaqişəsinin alovlandığı və Rusiya-Ukrayna savaşının daha da mürəkkəbləşdiyi vaxtda ancaq Paşinyan şantaja əl ata bilərdi”, - ekspert qeyd edib.

Sarıbekyana görə, Paşinyan hələlik Rusiyanın qırmızı xəttini keçməyib, keçsə, bu, ona baha başa gələcək:

“Həmişə ailədə dəcəllik edən uşaqlarla bağlı valideynlərin B planları olur. Belələri qırmızı xətti keçəndə qapını açıb çölə atırlar”.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!