“Mossad“ın geniş əməliyyatı - Baş nazirdən etiraf

saytların hazırlanması

Evə çatdırılma

“Mossad“ın geniş əməliyyatı - Baş nazirdən etiraf

Dünya

05 Oktyabr 2021 10:02 1218


İsrail kəşfiyyatı "Mossad"ın casusları itkin düşmüş İsrail pilotu Ron Aradın tapılması üçün geniş miqyaslı və cəsarətli bir əməliyyat keçirib.

Yenisabah.az xəbər verir ki, bunu İsrail Baş naziri Naftali Bennett "Reuters" agentliyinə müsahibəsində bildirib.

Hərbi Hava Qüvvələrinin naviqatoru Ron Arad 1986 -cı ildə bombalanma zamanı Livan üzərində qəzaya uğrayan hərbi təyyarədən tullanıb. Güman ki, Livanın "Əməl" partizanları tərəfindən əsir götürülüb, çoxları onun artıq həyatda olmadığını düşünür. Sezar pizza

Təyyarə pilotu isə xilas ola bilib.

 "Keçən ay "Mossad"ın qadın və kişi casusları Ron Aradın taleyi və harada olduğu haqqında yeni məlumatlar əldə etməyə yönəlmiş bir əməliyyat keçiriblər. Bu kompleks, genişmiqyaslı və cəsarətli bir əməliyyat idi", - deyə Baş nazir Bennett açıqlayıb.

Aradın taleyi uzun müddətdir ki, İsraildə böyük ictimai maraq kəsb edir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!