Hava ilə bağlı 102-yə daxil olan çağırışların sayı açıqlandı

saytların hazırlanması

Evə çatdırılma

Hava ilə bağlı 102-yə daxil olan çağırışların sayı açıqlandı

Sosial

21 Fevral 2025 15:11 166


DİN əməkdaşları hava şəraiti ilə əlaqədar gücləndirilmiş rejimdə xidmət aparır, müraciətlərə çevik reaksiya verir.

Yenisabah.az xəbər verir ki, ölkə ərazisində davam edən qeyri-sabit hava şəraiti ilə əlaqədar olaraq polis əməkdaşları tərəfindən ötən gündən başlayaraq zəruri tədbirlər görülür, fasiləsiz xidmət davam edir.

DİN-in Mətbuat Xidmətindən verilən məlumata görə, paytaxtla yanaşı ölkəboyu şəhər və rayonlarda, həmçinin magistral yollarda gücləndirilmiş rejimdə xidmət təşkil olunub. Polis əməkdaşları tərəfindən işğaldan azad olunmuş ərazilərdə də təhlükəsizlik məqsədilə zəruri tədbirlər davam etdirilir. Marqarita pizza

Hərəkətin intensiv olduğu küçə və prospektlərdə, piyada keçidlərinə əlavə polis naryadları cəlb edilib.

Gecə saatlarından təşkil edilən fasiləsiz xidmət zamanı digər dövlət orqanları ilə birgə yollar, nişanlar qardan və buzdan təmizlənir, yerlərə qum və duz səpilir.

Sürücü və piyadaların mənzil başına təhlükəsiz şəraitdə çatması təmin edilir.

Mövcud hava şəraiti ilə bağlı dünən axşam saatlarından 102 Zəng Mərkəzinə daxil olan 417 çağırış üzrə dağ və meşə, həmçinin respublika əhəmiyyətli avtomobil yollarında vətəndaşlara zəruri köməkliklər göstərilməklə polis əməkdaşları tərəfindən müraciətlərə çevik reaksiyalar verilib.

Bu istiqamətdə işlər fasiləsiz olaraq davam etdirilir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!