Mövsümü olan şaftalının   bilmədiyiniz faydaları

saytların hazırlanması

Evə çatdırılma

Mövsümü olan şaftalının bilmədiyiniz faydaları

Sağlamlıq

10 İyul 2024 20:55 2605


Şaftalı vitamin, minerallar, orqanik turşular, efir yağları, qidalı liflər və s. faydalı maddələrlə zəngindir.

Yenisabah.az xəbər verir ki, zəngin kimyəvi tərkib bu dadlı meyvəni insan sağlamlığı üçün olduqca faydalı edir.

1. Kaliumla zəngin olan şaftalı ürək üçün çox faydalıdır - ürəyin fəaliyyətini yaxşılaşdırır, bədəndən artıq mayeni çıxardaraq ürəyə düşən gərginliyi azaldır, "pis" xolesterolun səviyyəsini aşağı salır, damarlarda trombların əmələ gəlmə riskini azaldır. pizza hut

2. Şaftalı sinir sistemi üçün də çox faydalıdır - sakitləşdirir, stresi azaldır, əhval-ruhiyyəni və beyinin fəaliyyətini yaxşılaşdırır.

3. Həzm olunmayan qidalı liflərlə zəngin olan şaftalı bağırsaqların fəaliyyətini stimullaşdırır, yüngül işlədici təsir edir.

4. Şaftalı dəri üçün ən faydalı müyvələrdən biridir.

5. Sinklə zəngin olan şaftalı kişi sağlamlığı üçün də çox faydalı sayılır.

6. Şaftalının tərkibində olan karotin (orqanizmdə A vitamininə çevrilir) görməni yaxşılaşdırır, qocalmanı ləngidir.

7. Şaftalı oynaq və sümüklərin sağlamlığını qoruyur, artrit, podaqra, osteoxondroz, revmatizm zamanı faydalıdır.


Telegram kanalımız

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!