Azərbaycanda keçirilən parlament seçkiləri ilə bağlı seçki məntəqələrində seçici fəallığı müşahidə edilir.
Yenisabah.az report-a istinadla xəbər verir ki, Mərkəzi Seçki Komissiyasının saat 12:00-a olan məlumatına görə, indiyədək seçicilərin 20,39 faizi(1 milyon 309 min 522 ) səsvermə hüququndan istifadə edib.
Hesabat vermiş məntəqələrin sayı 6478-dir. Dördpendirli pizza
Parlament seçkilərində 125 deputat mandatı uğrunda 990 namizəd mübarizə aparır. Azərbaycanda seçicilərin ümumi sayı 6 milyon 421 min 960 nəfərdir. Ölkə üzrə səsvermə 125 seçki dairəsinin ərazisində formalaşdırılmış 6 min 478 seçki məntəqəsində keçirilir. Onlardan 54-ü işğaldan azad edilmiş ərazilərdə formalaşdırılıb.
Telegram kanalımız