MSK-da Nəsiman Yaqublu ilə bağlı müzakirə 

saytların hazırlanması

Evə çatdırılma

MSK-da Nəsiman Yaqublu ilə bağlı müzakirə 

Siyasət

27 Avqust 2024 16:24 284


Mərkəzi Seçki Komissiyası (MSK) seçki bülletenlərində namizəd kimi adı qeyd olunmuş Nəsiman Yaqublunun vəfatı ilə əlaqədar seçicilərə məlumatın çatdırılması qaydası ilə bağlı məsələsini müzakirə edib. 

Yenisabah.az xəbər verir ki, bu barədə bu gün MSK-nın iclasında məsələ müzakirəyə çıxarılıb. 

Mərkəzi Seçki Komissiyasının sədrinin müavini Rövzət Qasımov qeyd edib ki, 2024-cü il sentyabrın 1-nə təyin edilmiş Milli Məclisə seçkilərdə 125 saylı Zəngilan-Qubadlı seçki dairəsi üzrə qeydə alınmış namizəd Nəsiman Yaqublunun vəfatı ilə bağlı məlumat seçki dairəsinin məntəqə seçki komissiyalarının məlumat lövhələrində yerləşdirilməlidir.  Toyuqlu pizza

Seçki Məcəlləsinin tələbinə əsasən, bəzi namizədlər çıxdıqda və ya namizədliyi ləğv edildikdə həmin məlumatlar seçki məntəqələrinin müvafiq lövhəsində yerləşdirilir. Nəsiman Qara oğlu Yaqublunun vəfat etməsi barədə məlumat da seçki lövhələrində yerləşdiriləcək. 

Müzakirələrdən sonra qərar qəbul edilib. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!