MSK: Qayda pozuntuları ilə bağlı məlumat daxil olmayıb

saytların hazırlanması

Evə çatdırılma

MSK: Qayda pozuntuları ilə bağlı məlumat daxil olmayıb

Siyasət

01 Sentyabr 2024 14:35 307


Azərbaycanda keçirilən növbədənkənar parlament seçkiləri ilə bağlı indiyədək Mərkəzi Seçki Komissiyasına (MSK) qayda pozuntularına dair məlumat daxil olmayıb.

Yenisabah.az report-a istinadla xəbər verir ki, bunu MSK-nın üzvü Ramiz İbrahimov MSK-nın Seçkilər İnformasiya Mərkəzində jurnalistlərə bildirib.

Onun sözlərinə, növbədənkənar parlament seçkilərinə böyük maraq var: "Seçkiləri 112 mindən çox yerli, 598 xarici müşahidəçi izləyir. İndiyədək MSK-nın qaynar xəttinə yalnız sorğu xarakterli müraciətlər daxil olub". pizza mizza

Parlament seçkilərində 125 deputat mandatı uğrunda 990 namizəd mübarizə aparır. Azərbaycanda seçicilərin ümumi sayı 6 milyon 421 min 960 nəfərdir. Ölkə üzrə səsvermə 125 seçki dairəsinin ərazisində formalaşdırılmış 6 min 478 seçki məntəqəsində keçirilir. Onlardan 54-ü işğaldan azad edilmiş ərazilərdə formalaşdırılıb.

Seçki məntəqələri saat 8:00-da açılıb. Səsvermə 19:00-a qədər davam edəcək.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!