MSK sədri bir neçə dairə seçki komissiyasının üzvlərini vəzifələrindən azad etdi

saytların hazırlanması

Evə çatdırılma

MSK sədri bir neçə dairə seçki komissiyasının üzvlərini vəzifələrindən azad etdi

Siyasət

03 Oktyabr 2024 20:23 736


Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov sentyabrın 1-də Milli Məclisə növbədənkənar seçki zamanı qanun pozuntularının baş verdiyi bəzi seçki dairəsi dairə seçki komissiyasının üzvlərinin vəzifələrindən azad edilməsi haqqında qərar imzalayıb.

AZƏRTAC-ın məlumatına görə, Niyazi İsgəndər oğlu Nəcəfov 24 saylı Nizami birinci, Ruslan Zülfüyeviç Hacıyev 42 saylı Sumqayıt birinci, Barat Zöhrab oğlu Xəlilov 82 saylı İmişli-Saatlı, Gülnar Vaqif qızı Cəfərli 83 saylı Beyləqan seçki dairəsi dairə seçki komissiyasının həlledici səs hüquqlu üzvü vəzifəsindən vaxtından əvvəl azad ediliblər.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!