Təşviqat kampaniyası başlamazdan öncə təbliğat aparan namizədlər olubsa, bununla bağlı sənəd təqdim edilməlidir.
Yenisabah.az report-a istinadla xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov jurnalistlərə açıqlamasında deyib.
O bununla bağlı sübutları özündə ehtiva edən rəsmi sənədlə müraciət ünvanlanmasının zəruri olduğunu bildirib. pizza hut
Sentyabrın 1-də keçiriləcək növbədənkənar parlament seçkilərinin avqustun 9-dan təşviqat mərhələsi başlayıb. Artıq təşviqat üçün hər dairə üzrə 16 qapalı, 27-ə yaxın açıq məkan olmaqla 5509 ünvan müəyyənləşdirilib.
Telegram kanalımız