MSK sədri: Xoşagəlməz hallardan heç kim sığortalanmayıb

saytların hazırlanması

Evə çatdırılma

MSK sədri: Xoşagəlməz hallardan heç kim sığortalanmayıb

Siyasət

08 Avqust 2024 11:28 522


Seçkilərdə milyonlarla insan iştirak etdiyindən xoşagəlməz hallardan heç kim sığortalanmayıb.

Yenisabah.az report-a istinadla xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov Milli Məclisə seçkilərdə bərabər seçkiqabağı təşviqat imkanları və media subyektlərinin fəaliyyətinin əsaslarına həsr olunan müşavirədə deyib.

O qeyd edib ki, media nümayəndələri daim prosesin içərisində olduğuna görə obyektiv işıqlandırmanı həyata keçirməlidir: Pepperoni pizza

"Harada mənfi hal görsələr, Mərkəzi Seçki Komissiyasının addımını, müdaxiləsini gözləmək lazım deyil. Medianın vəzifəsi bizim hər birimizdən yüksəkdir. Onlar qərəzli informasiya ötürmək istəyənləri qabaqlamalı, prosesi şəffaf təqdim etməlidirlər.

Media subyektləri öz auditoriyasını genişləndirmək üçün sensassion ştrixlərdən istifadə etməməlidirlər. Seçkidə xoşagəlməz halın qeydə alınmasından heç kim narahat olmasın. Bundan sığortalanmaq mümkün deyil. Sadəcə baş vermə hadisəyə yerindəcə, düzgün qiymət vermək lazımdır".


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!