Yasamal Rayon Məhkəməsində «Topaz» mərc oyunları məntəqəsində aralarında mübahisə yarandığı üçün tanımadığı kişinin burnunu qıran İlkin Rəhimova(soyad şərtidir) hökm oxunub.
“Yeni Sabah” xəbər verir ki, hadisə bu il fevralın 16-da Yasamal rayonunda yerləşən “Topaz” mərc oyunları məntəqəsində baş verib. Belə ki, İlkin Rəhimov atası və qardaşı ilə «Qarabağ» komandasının oyunu ilə maraqlandığı üçün həmin məntəqəyə daxil olub və tanımadığı bir kişiyə monitorda göstərilən oyunun nəticəsi barədə sual verib.
Mehman Qubadov (ad və soyad şərtidir) da suala cavab verəndən sonra ona onu tanıdığını deyib. İlkin onu haradan tanıdığını soruşduqda isə Mehman cavabında “ nəsillikcə hamınız qumarbazsınız deyə tanıyıram”,-deyə bildirib. Dördpendirli pizza
Cavab İlkinin xoşuna gəlmədiyindən aralarında mübahisə yaranıb və İlkin başı ilə Mehmanın üz nahiyəsinə zərbə vurub. Nəticədə Mehmanın burnu sınıb.
Təqsirləndirilən şəxs qismində ifadə verən İ.Rəhimov özünü təqsirli bilərək deyib ki, zərərçəkmiş şəxslə barışıb.
Zərərçəkmiş şəxs, Mehman Qubadov ifadəsində “Mənə onu haradan tanıdığımı soruşanda nəsillikcə Topaz məntəqələrinə gəldiklərindən ola bilsin ki, onu gördüyümü dedim. Bu zaman o, mənimlə mübahisə etməyə başladı. Ünvanıma nalayiq ifadələr işlətdi. Ona həmin sözü pis mənada işlətmədiyimi dedim. Qəflətən başı ilə burun nahiyəmdən vurdu”.
İ. Rəhimov Cinayət Məcəlləsinin 127.2.3-cü (qəsdən sağlamlığa az ağır zərər vurma) maddəsi ilə təqsirli bilinib.
Məhkəmənin hökmü ilə ona iki il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilib.
Nəzrin Cavadzadə
Telegram kanalımız