Mübariz Mənsimovdan Əli İnsanovla bağlı açıqlama

saytların hazırlanması

Evə çatdırılma

Mübariz Mənsimovdan Əli İnsanovla bağlı açıqlama

Siyasət

14 May 2019 05:31 2015


Tanınmış iş adamı, “Palmali” Şirkətlər Qrupunun rəhbəri Mübariz Mənsimov bir müddət əvvəl həbsdən buraxılan keçmiş səhiyyə naziri Əli İnsanovla əməkdaşlıq edə biləcəyi haqda məlumatlara münasibət bildirib.

“Yeni Sabah” xəbər verir ki, bu haqda şirkətin yaydığı açıqlamada  M. Mənsimov keçmiş nazirlə əməkdaşlığını tamamilə istisna edib. O, Ə.İnsanovu tanımadığını və tanımaq da istəmədiyini bəyan edərək, hər zaman Azərbaycan dövlətinə sadiq qaldığını, prezident İlham Əliyevlə onu qarşı-qarşıya qoymaq istəyənlərin arzularına çatmayacaqlarını bildirib.

Qeyd edək ki, Mənsimova qarşı yönələn  ittihamlardan biri də “Palmali” sahibinin öz xeyriyyəçilik fəaliyyəti haqqında cəmiyyəti müntəzəm məlumatlandırması, bu istiqamətdə gördüyü işləri təbliğ etməsidir. pizza

“Ancaq həmin “ittiham”ları dövriyyəyə buraxanlar Mənsimovun xeyriyyə məqsədilə məhz şəxsi vəsaitini sərf etdiyini, eyni zamanda, bütün müsbət nümunələrin tanıdılmasına ehtiyac olduğunu nədənsə, “unudurlar”. Bu “unutqanlığın” nəticəsi isə atdıqları bumeranqın onların özlərinə qayıtması olur”-deyə şirkətdən verilən bəyanatda bildirilib.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!