Əfqanıstanın müdafiə naziri Bismillah Xan Məhəmmədinin evi qarşısında törədilən bombalı hücum nəticəsində 8 nəfər həlak olub, 20 nəfər yaralanıb.
Yenisabah.az xarici KİV-ə istinadən xəbər verir ki, Daxili İşlər Nazirliyinin sözçüsü Mirveys Stanekzai partlayışın son dərəcə təhlükəsiz bir bölgə olan paytaxtın Şir Pur meydanında baş verdiyini bildirib. Onun sözlərinə görə, hücum zamanı müdafiə nazirinin qonaq evinin hədəf almış 4 terrorçunun öldürülüb.
Bismillah Xan Məhəmmədi hadisənin baş verdiyi məqamda evində olmayıb və ailəsi təhlükəsiz şəkildə bölgədən təxliyə edilib. Dördpendirli pizza
Kabul polisinin sözçüsü Firdövs Fəramarz ərazidə yüzlərlə sakinin təhlükəsizliyinin təmin və axtarışların davam etdiyini bildirib.
Nəzrin Vahid
Telegram kanalımız