Müdafiə Nazirliyi əhaliyə çağırış etdi -   “Təşvişə düşməyin”

saytların hazırlanması

Evə çatdırılma

Müdafiə Nazirliyi əhaliyə çağırış etdi - “Təşvişə düşməyin”

Hadisə

01 Dekabr 2025 09:45 425


Azərbaycan Ordusunun balansında olan və istismar müddəti başa çatmış, istifadəyə yararsız olan döyüş sursatları məhv ediləcək.

Bu barədə “Yeni Sabah”a Müdafiə Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.

Qeyd olunub ki, məhvetmə prosesi dekabrın 1-5-də təhlükəsizlik qaydalarına riayət olunmaqla Abşeron rayonunun Pirəkəşkül qəsəbəsi yaxınlığındakı poliqonda, həmçinin Ağdərə rayonu ərazisindəki təlim mərkəzində  həyata keçiriləcək. Toyuqlu pizza

“Partlayış səsləri ilə əlaqədar əhalini təşvişə düşməməyə çağırır və narahatlığa heç bir əsasın olmadığını diqqətə çatdırırıq”, - nazirlikdən bildirilib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!