Müdafiə Nazirliyi məlumat yaydı - Video

saytların hazırlanması

Evə çatdırılma

Müdafiə Nazirliyi məlumat yaydı - Video

Siyasət

29 Aprel 2023 19:26 1174


Əlahiddə Ümumqoşun Orduda “Ən yaxşı snayper” adı uğrunda yarış keçirilib.

Yenisabah.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Yarışda əvvəlcə snayperlərə sıra baxışı keçirilib və təchizatları yoxlanılıb. Toyuqlu pizza

Şəxsi heyətə yüksək dözümlülük, təmkinlik, fiziki hazırlıq kimi xüsusiyyətlərin aşılanması və sərrast atıcılıq qabiliyyətinə malik hərbi qulluqçuların müəyyən edilməsi məqsədilə keçirilən yarışda snayperlərin maneələri dəf edərək müxtəlif məsafələrdə yerləşən hədəfləri məhvetmə bacarıqları yoxlanılıb.

6 mərhələdə keçirilən yarışda müxtəlif vəziyyətlərdə atəşaçma üzrə normativlər icra edilib.

Sonda verilən tapşırıqları vaxtında və dəqiq yerinə yetirən snayperlər müəyyən edilib və mükafatlandırılıblar.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!