Müdafiə Sənayesi Nazirliyinin Aparatına yeni rəhbər təyin olunub.
Yenisabah.az "Report"a istinadla xəbər verir ki, sözügedən vəzifəyə Samir Ağabalayev təyin olunub.
Bununla bağlı müvafiq əmr imzalanıb. Pepperoni pizza
Bundan əvvəl nazirliyin Aparat rəhbəri Zaur Əliyev idi. O, sabiq nazir Mədət Quliyevin 2019-cu ildə imzaladığı əmrlə nazirliyin Aparat rəhbəri vəzifəsinə təyin olunmuşdu.
Xatırladaq ki, Prezident İlham Əliyevin ötən il noyabrın 18-də imzaladığı Sərəncamı ilə Vüqar Valeh oğlu Mustafayev müdafiə sənayesi naziri təyin olunub.
Telegram kanalımız