Müddət uzadıldı: İyulun 1-nə qədər...   - AÇIQLAMA

saytların hazırlanması

Evə çatdırılma

Müddət uzadıldı: İyulun 1-nə qədər... - AÇIQLAMA

Sosial

31 May 2020 16:54 5649


Koronavirus pandemiyasının davam etməsi, habelə "Azərbaycan Hava Yolları" (AZAL) və "Buta Airways" aviaşirkətlərinin uçuşlar yerinə yetirdiyi ölkələrin sərhədlərinin bağlanması ilə əlaqədar 2020-ci ilin 1 iyul tarixinədək (1 iyul daxil olmaqla) uçuş tarixi ilə aviabiletlərin ödənişsiz təxsis edilməsi müddəti uzadılıb.

AZAL-dan Yenisabah.az-a verilən məlumata görə, alternativ olaraq, sərnişinlərə aviabiletin dəyərinə bərabər olan vauçerlər və ya pul vəsaitinin qaytarılması təklif olunur. Pul vəsaitinin qaytarılması aviaşirkətin fəaliyyəti bərpa olunduqdan sonra 60 gün ərzində həyata keçiriləcək.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!