Müəllim sinif otağında öldü -   VİDEO

saytların hazırlanması

Evə çatdırılma

Müəllim sinif otağında öldü - VİDEO

Hadisə

18 Dekabr 2025 10:37 501


Qaradağ rayonunun Korgöz qəsəbəsində 29 ildir ibtidai sinif müəllimi işləyən Sevda Həsənova dərs dediyi sinif otağında vəfat edib.

"Yeni Sabah" xəbər verir ki, onu illərdir dərsə qayınatası aparıb gətirib, elə hadisə baş verən gün də səhər məktəbə sağ-salamat apardığı gəlininin ölüm xəbərini də ilk qayınatası alıb.

3 övlad anası olan S. Həsənovanın ürəyində problem olub, bir müddət əvvəl ona stent qoyulub. Yaxınları deyir ki, əməliyyatdan sonra sağlamlıqla bağlı heç bir şikayəti olmayıb. pizza

Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzi isə təcili yardım briqadasının hadisə yerinə gec gəlməsi iddiaları ilə razılaşmayıblar.

Daha ətraflı "Xəzər" TV-nin videomaterialında:

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!