Müəllimləri daşıyan avtobus qəzaya düşdü: 20 yaralı...

saytların hazırlanması

Evə çatdırılma

Müəllimləri daşıyan avtobus qəzaya düşdü: 20 yaralı...

Kriminal

24 Sentyabr 2025 09:43 686


Şəmkir-Gədəbəy avtomobili yolunun Gədəbəy rayon ərazisindən keçən hissəsində mikroavtobusla minik avtomobili toqquşub.

“Yeni Sabah” Report-a istinadən xəbər verir ki, nəticədə mikroavtobus idarəetmədən çıxaraq aşıb.

Rayonun Maarif kəndi ərazisində qeydə alınan yol-nəqliyyat hadisəsi nəticəsində xəsarət alanların sayı 20 nəfərə yaxın olub. Onların Gəncədən Gədəbəyə gedən müəllimlər olduğu bildirilir. Pepperoni pizza

Zərərçəkənlər Gədəbəy Mərkəzi Rayon xəstəxanasına çatdırılıb.

Xatırladaq ki, hadisə Gəncədən Gədəbəyə hərəkət edən mikroavtobusla minik avtomobilinin toqquşmasından sonra mikroavtobusun idarəetmədən çıxaraq aşıb.

Faktla bağlı araşdırma aparılır.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!