Müəllimlərin yerdəyişmə müsabiqəsinin nəticələri açıqlandı

saytların hazırlanması

Evə çatdırılma

Müəllimlərin yerdəyişmə müsabiqəsinin nəticələri açıqlandı

Sosial

18 İyun 2020 22:34 911


Təhsil Nazirliyi sisteminə daxil olan dövlət ümumi təhsil müəssisələrində müddətsiz müqavilə ilə işləyən müəllimlərin iş yerinin dəyişdirilməsi müsabiqəsi üzrə elektron yerləşdirmənin nəticələri açıqlanıb.

Nazirlikdən Yenisabah.az-a verilən məlumata görə, elektron yerləşdirmənin nəticələrinə əsasən, 1934 nəfər uğur qazanıb. Bu barədə məlumat tezliklə namizədlərin şəxsi səhifələrinə və mobil nömrələrinə göndəriləcək. 

Ötən illərdən fərqli olaraq cari müsabiqədə vakant yer tutan namizədlərin sənədləri elektron şəkildə yoxlanılacaq. 18-24 iyun tarixlərində uğur qazanmış namizədlər şəxsi səhifələrinə daxil olaraq qeyd olunan sənədləri skan etməklə vahid fayl şəklində müvafiq xanalara yükləyərək təsdiq etməlidirlər. Sənədlər yoxlanıldıqdan sonra namizədlərin iş yerinin dəyişdirilməsinə razılıq veriləcək. Dominos pizza

Qeyd edək ki, müəllimlərin iş yerinin dəyişdirilməsi müsabiqəsinə elektron sənəd qəbulu iyunun 5-də başa çatıb. Ümumilikdə 10068 nəfər müsabiqədə iştirak etmək üçün elektron qeydiyyatdan keçib, 6860 namizədin elektron ərizəsi qəbul edilib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!