Məktəblərdə hicab və niqab taxmağın qadağan edilməsi vicdan və din azadlığı hüququnu təmin edən Konstitusiyaya ziddir.
Yenisabah.az xəbər verir ki, bunu Çeçenistanın müftisi Salah Mejiyev deyib.
O, Rusiyanın Vladimir vilayətində tətbiq edilən müvafiq məhdudiyyətlərə münasibət bildirib. Dördpendirli pizza
Həmin vilayətin Regional Təhsil və Gənclər Siyasəti Nazirliyinin əmrində Rusiyanın “kilsənin dövlətdən, o cümlədən dünyəvi təhsil sahəsindən ayrıldığı” dünyəvi ölkə olduğu izah edilib.
Mejiyevin sözlərinə görə, Vladimir hakimiyyətinin normativ aktı “millətlərarası və dinlərarası nifrətin qızışdırılmasına yönəlib”:
“Çaşqınlığımız həm də ondan irəli gəlir ki, bu sənəddə konkret olaraq və yalnız İslam dini geyimlərinə qadağa xüsusi qeyd olunub. Ümid edirik ki, bu, müsəlmanlara qarşı məqsədyönlü hərəkətlər deyil, layihə müəlliflərinin onu yetərincə işlənməməsi ilə bağlıdır”.
Müfti xatırladıb ki, “hicab təqva rəmzidir” və İslam mədəniyyəti və adət-ənənələrinin mühüm elementidir, çünki din müsəlman qadınların üz, əl və ayaqdan başqa bədəninin bütün hissələrini örtməsini tələb edir.
O vurğulayıb ki, Rusiya qanunları hicab taxmağı qadağan etmir: "Hətta pasportunuz üçün onu geyinərək şəklini çəkə bilərsiniz".
Telegram kanalımız