Müğənni dərman qiymətlərindən gileyləndi: “Ayda 200 manat maaşa işləyənlər...“

saytların hazırlanması

Evə çatdırılma

Müğənni dərman qiymətlərindən gileyləndi: “Ayda 200 manat maaşa işləyənlər...“

Şou

06 Yanvar 2022 11:18 1106


Müğənni Aysel Əlizadə dərman qiymətlərindən gileylənib.

Yenisabah.az xəbər verir ki, ailəsinin “Omicron” ştammına yoluxduğunu iddia edən Aysel dərmanlara xeyli pul xərclədiyini deyib:

"Ailəmizdə bir neçə insan yeni ştamma yoluxub. Ailə üzvlərinizə diqqət yetirin. Evinizdə körpələr, yaşılılar varsa, özünüzə diqqət yetirin ki, daşıyıcı olmayasınız. Buna boş bir xəstəlik kimi yanaşmayın. Bilmirəm immun sistemim buna qalib gələcək, ya yox. İnşallah, yoluxmaram. Sadəcə olaraq küçədə xəstə insanlar gəzməsin. pizza sifarişi

Çox ağır keçir. Koronavirusa yoluxanlarda immunitet zəifləyir. Bir müddət əvvəl mən də yoluxmuşdum. Hələ reseptin yüzdə onunu almışam, 200 manatdan çox ödəmişəm. Bunları nəzərə alaraq deyirəm ki, xəstəsinizsə, evdə oturun. Çölə çıxıb insanların canına salmayın. Vicdanla düşünün. Bu gün qazanıb nəsə ödəyirsiz. Ayda 200-300 manat maaşa işləyənlər var ki, bu gün onu ödəyə bilmir".


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!