Müğənni səhnədə ağladı   - Səbəb

saytların hazırlanması

Evə çatdırılma

Müğənni səhnədə ağladı - Səbəb

Şou

22 Noyabr 2021 17:00 980


britaniyalı müğənni Adel London konsertində qarşılaşdığı sürprizlə göz yaşlarına qərq olub.

Yenisabah.az xəbər verir ki, konsertdə aktrisa Dam Emma Tompson Adelə gənc yaşlarında kimdən ilham aldığı ilə bağlı sual ünvanlayıb.

İfaçı ingilis dili müəllimi Makdonaldın adını çəkərək bu sözləri işlədib: pizza sifarişi

“İngilis dilimdə problem var idi, amma indi mahnıların sözlərini yazıram. Makdonald çox harizmatik və cəlbedici idi. O, həqiqətən bizimlə maraqlanırdı. İngilis dili dərslərimi səbirsizliklə gözləyirdim”.

Müğənni səhnədə ingilis dili müəllimini gördükdən sonra kövrəlib və onlar qucaqlaşıblar. 

Adel ağladıqdan sonra pozulan makiyajını yeniləmək üçün qısa müddətə səhnəni tərk edib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!