Müğənni Cavad Rəcəbov uşaqlıq xatirələrini yada salaraq kövrəlib.
Yenisabah.az xəbər verir ki, "Xəzər axşamı" verilişinin qonağı olan sənətçi studiyada ona təqdim edilən sandığın içindəkiləri görəndə göz yaşlarına hakim ola bilməyib.
Belə ki, sandığın içərisindən çıxan balıqçı toru və balıq onu keçmişə aparıb və uşaqlıq xatirələrini danışıb: pizza mizza
"Mənim atam, dayım, əmim oğlanları balıqçı olub. Biz dənizin qırağında böyümüşük. Biz bir bacı, bir qardaş olmuşuq. Atam dünyasını dəyişəndə mənim dörd yaşım, bacımın isə iki yaşı olub. Anam bizi çox əziyyətlə böyüdüb. Evimiz dənizə yaxın idi. Atamın ölümündən sonra mən hər səhər o dəniz qırağına gedərdim. Orada balıqçılar mənə atamın payını verərdilər. Bu, uzun illər davam etdi. Evimizi bu cür dolandırdıq".
Gülxanım Əliyeva
Həmin görüntüləri təqdim edirik:
Telegram kanalımız