Müharibə Polşanın işinə yaradı: Avtomatik olaraq finala yüksələcək   - DÇ-2022

saytların hazırlanması

Evə çatdırılma

Müharibə Polşanın işinə yaradı: Avtomatik olaraq finala yüksələcək - DÇ-2022

İdman

03 Mart 2022 14:41 496


DÇ-2022-nin seçmə mərhələsinin pley-off mərhələsində Rusiya millisinə əvəzləyici axtarmayacaq.

Yenisabah.az "Przeqlad Sportovy" nəşrinə istinadən xəbər verir ki, Polşa millisi avtomatik olaraq pley-off mərhələsinin finalına yüksələcək.

Bildirilir ki, FİFA hələ qərarını rəsmən açıqlamayıb. Martın 4-də bununla bağlı açıqlama veriləcəyi gözlənilir. Polşa avtomatik olaraq finalın pley-off mərhələsinə yüksələcək və burada İsveç-Çexiya cütünün qalibi ilə oynayacaq.  Sezar pizza

Eyni zamanda, hazırda FİFA və UEFA-da heç kim Rusiyaya qarşı sanksiyaların ləğvi və ya yumşaldılmasını müzakirə etmək istəmir.

Qeyd edək ki, FİFA və UEFA Rusiya klubları və bütün yaş qrupu üzrə milli komandaları növbəti qərar açıqlanana qədər bütün beynəlxalq yarışlardan kənarlaşdırılıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!