Pentaqon Əfqanıstandan çıxışda ABŞ-ın böyük ticarət şirkətlərindən kömək almağa çalışır.
Yenisabah.az "New York Times"ə istinadla xəbər verir ki, ABŞ-ın 1952-ci ildə yaradılan Mülki Ehtiyat Hava Qüvvələrindən (CRAF) tezliklə istifadə olunacaq.
Bayden administrasiyası təxliyəni sürətləndirmək üçün 5 aviaşirkətin 20-yə yaxın ticarət təyyarəsindən istifadə edəcək. pizza hut
Mülki hava nəqliyyatı amerikalıları və Əfqanıstandakı müttəfiqlərini qısa zamanda təxliyə etmək üçün hazırda istifadə olunan 150-dən çox hərbi yük təyyarəsinə əlavə olunacaq.
ABŞ hərbi təyyarələrindən fərqli olaraq, kommersiya aviaşirkətlərinin nəqliyyat vasitələri, Qətər, Bəhreyn və Birləşmiş Ərəb Əmirlikləri də daxil olmaqla, qonşu ölkələrdəki ABŞ bazalarına gələn əfqan qaçqınların daşınmasına kömək edəcək.
Telegram kanalımız