Mundiala aparılmayan olimpiya çempionu: “Federasiya bizə şərait yaratmır”

saytların hazırlanması

Evə çatdırılma

Mundiala aparılmayan olimpiya çempionu: “Federasiya bizə şərait yaratmır”

İdman

03 Noyabr 2022 21:33 1084


Azərbaycan taekvondoçusu Radik İsayev Meksikanın Qvadalaxara şəhərində keçiriləcək dünya çempionatı üçün milli komandanın heyətinə salınmamasına münasibət bildirib.

O, “Report”a açıqlamasında buna heç bir izah tapa bilmədiyini söyləyib. 80 kq-dan yuxarı çəki dərəcəsində Avropa, dünya və olimpiya çempionu olmuş idmançı mundialdan kənarda qalmasında federasiyanı günahlandırıb.

Titullu taekvondoçunun sözlərinə görə, onunla yanaşı, 87 kq-da mübarizə aparan Milad Beiqi Harçeqani də karyerasını davam etdirmək, nüfuzlu yarışlara qatılmaq istəyir: pizza

“Amma milli komandada bunun üçün bizə şərait yaratmırlar”.

Qeyd edək ki, Radik İsayev və Milad Beiqi Harçeqanidən başqa, Fəridə Əzizova da Meksikaya aparılmayacaq. 67 kq-da yer alan qadın taekvondoçu zədəli olduğu üçün yığmadan kənarda qalıb.

Dünya çempionatı 14-20 noyabrda təşkil olunacaq.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!