Murad Arif uşaqlara qarşı şiddətdən danışdı

saytların hazırlanması

Evə çatdırılma

Murad Arif uşaqlara qarşı şiddətdən danışdı

Şou

21 Fevral 2022 09:57 626


Müğənni-bəstəkar Murad Arif uşaqlara qarşı şiddətlə bağlı danışıb.

Yenisabah.az xəbər verir ki, sosial şəbəkə hesabında fikirlərini bölüşən M.Arif bu medotun uşaq tərbiyəsinə faydası olmadığını qeyd edib:

"Uşaq döymək ailə hadisəsi deyil: əzik, sınıq, travmalı, özünə inamsız, kompleksli cəmiyyəti yaratmaqdır. Ona görə də özgüvənimiz yox, ona görə də bir çox hallarda qanunlar işləmir, özbaşınalıqlar, səhlənkarlıqlar, vəzifədən sui-istifadə etmələr yayılır. Pepperoni pizza

Müdirinə, rəisinə, qanunu çapıb-talayanlarına, rüşvətxorlarına dirəniş göstərə bilməməyimiz, o müdirlərin, "ağaların" qarşısında ikiqat əyilib, haqqını tələb edə bilməməyimiz, bax, həmin əziklikdir. Aqressivliyi toplayıb, evdə arvad-uşağa tökürsən...  Yanlış dairəsi yeni nəsillərə ötürülür. Adını da mentalitet qoymuşuq".


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!